• şənbə, 20 Aprel, 01:26
  • Baku Bakı 15°C

İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro

21.01.20 12:15 912
İtaliyada tarixi binalar satışa çıxarıldı - Qiyməti 1 avro
İtaliyanın cənubundakı Kampaniya vilayətində Bizaçça qəsəbəsində 90 tarixi tikili satışa çıxarılıb.
Trend-in məlumatına görə, binaların satış qiyməti 1 avro təşkil edir.
Qeyd olunur ki, bu addıma səbəb qəsəbəyə marağın artırılmasıdır. Bununla belə, binaları alan şəxslər təmir işlərini öz vəsaitləri hesabına həyata keçirməlidir.
Son illərdə 4 min nəfərdən çox sakini olan Bizaçça qəsəbəsinin əhalisinin kəskin azalmaqda olduğu deyilir.
banner

Oxşar Xəbərlər