İtaliyada futbol koronavirusa təslim olur
İtaliya hakimiyyəti
bəzi regionlarda bütün futbol qarşılaşmalarının təxirə salınması ilə bağlı göstəriş verib.
Kaspi.az xəbər verir
ki, hakimiyyət bu göstərişi koronavrius təhlükəsinə görə verib. Qadağa martın
8-nə qədər qüvvədə qalacaq.
Həmin müddətə qədər
ölkənin koronavirus təhlükəsi olan
regionlarında heç bir futbol qarşılaşması keçirilməyəcək. Bəzi
regionlarda isə oyunlar azarkeşlərsiz keçiriləcək.
Qadağa
Lomabrdiya, Veneto, Emilya-Romanya regionlarına aiddir. Bu müddətdə A
seriyasının da 4 qarşılaşması – "Atalanta” – "Latsio”, "Bolonya” – "Yuventus”, "İnter” – Sassuola”, "Veron” – "Napoli”
oyunları da baş tutmayacaq.