AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İtaliyada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçib

İtaliyada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçib

Təfsilat
31 Mart 2020, 21:10 299
İtaliyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 837 nəfər dünyasını dəyişib, daha 4053 nəfərdə isə yeni yoluxma halı qeydə alınıb.
APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli məlumat verib.
Onun sözlərinə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 105 mini ötüb, virusdan ölənlərin sayı isə 12 428 nəfərə çatıb.

"Son bir gün ərzində 1109 nəfər sağalıb, bununla da sağalanların ümumi sayı 15 729 nəfərə çatıb", - Borrelli belə deyib.
O bildirib ki, hazırda 77 653 nəfər virus daşıyıcısı var.