• cümə, 19 Aprel, 19:24
  • Baku Bakı 24°C

İtaliya qol vurur, İngiltərənin baş məşqçisi sevinir

21.04.20 17:48 647
İtaliya qol vurur, İngiltərənin baş məşqçisi sevinir
İngiltərə yığmasının sabiq futbolçusu Co Koul Fabio Kapello barədə danışıb.
Kaspi.az xəbər verir ki, Kapello İngiltərə yığmasının baş məşqçisi işləyərkən, Co onun rəhbərliyi altında oynayıb. Koul Kapellonu dahi məşqçi adlandırsa da, onun İngiltərə yığmasında işinə can yandırmadığını vurğulayıb:
"O, dahi məşqçidir və əla nəticələri var. Amma onun İngiltərə yığmasındakı işi alınmadı. O, özünü bu işə tamamilə hsər etmədi.
Mən bu sözləri ona böyük hörmətimi izhar edərək deyirəm. Çünki onun, həqiqətən də fantastik nəticələri var. Amma məşqçi öz işinə can yandırmalıdır. Necə ki, bunu Qaret Sautqeyt edir.
Komanda yoldaşlarımdan biri mənə dedi ki, Kapello və onun məşqçilər korpusunün üzvləri İtaliya yığması qol vuranda, sevincdən atılıb-düşürmüşlər. Belə hərəkət yaxşı hal sayılmamalıdır”.
Kapello İngiltərə yığmasını 2008-ci ildən 2012-ci ilin fevralına qədər çalışdırıb.
banner

Oxşar Xəbərlər