• şənbə, 20 Aprel, 03:01
  • Baku Bakı 15°C

İt döyüşlərini təşkil edənlər saxlanıldı

28.05.20 16:30 755
İt döyüşlərini təşkil edənlər saxlanıldı
Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov Trend-ə bildirib ki, məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş və araşdırılması üçün göstəriş verilib.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib.
banner

Oxşar Xəbərlər