• cümə axşamı, 28 mart, 20:03
  • Baku Bakı 13°C

İsveçrənin UBS bankı 3,7 milyard avro cərimə olunub

21.02.19 09:45 389
İsveçrənin UBS bankı 3,7 milyard avro cərimə olunub
İsveçrənin ən böyük banklarından biri olan UBS bankı (Union de Banques Suisses) vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə 3,7 milyard avro məbləğində cərimə olunub. Bu barədə qərarı Paris məhkəmələrindən biri çıxarıb.
Məhkəmənin qərarına əsasən, İsveçrənin ən böyük maliyyə holdinqlərindən biri olan UBS bankı ümumilikdə 4,5 milyon avro ödəməlidir. Həmin məbləğin bir hissəsi (800 milyon avro) dəymiş zərərə görə təzminat kimi ödəniləcək. Varidatın idarə olunması üzrə tanınmış maliyyə institutlarından biri hesab edilən UBS zəngin fransız vətəndaşlarına vergidən yayınmada dəstək göstərməkdə təqsirkar bilinir.
UBS bankının nümayəndələri məhkəmənin qərarına qarşı apellyasiya şikayəti verəcəklərini bəyan ediblər. Hüquqşünasların fikrincə, hüquqi çəkişmə bir neçə instansiyada illərlə davam edə bilər.
banner

Oxşar Xəbərlər