• şənbə, 20 Aprel, 04:12
  • Baku Bakı 15°C

İsveçlilərə 2020-ci ilin sonuna qədər evdən işləmək tövsiyə olunub

31.07.20 14:15 709
İsveçlilərə 2020-ci ilin sonuna qədər evdən işləmək tövsiyə olunub
İsveçlilərə 2020-ci ilin sonuna qədər evdən işləmək tövsiyə olunub.
AZƏRTACxəbər verir ki, İsveç dövlət səhiyyə qurumlarının bu tövsiyəsi nəqliyyatda və iş yerlərində koronavirus (COVID-19) pandemiyasının yayılması təhlükəsi ilə əlaqədardır.
İsveç dövlət epidemioloqu Anders Tegnell bildirib ki, evdən işləmək ictimai nəqliyyatda sıxlığı azaldır. Bu isə yeni yoluxma hallarının qarşısını almağa, evdən işləyə bilməyən sərnişinlər üçün avtobuslarda və qatarlarda daha çox yer yaratmağa kömək edir.
Xatırladaq ki, bu ilin mart ayının ortalarından etibarən İsveç Xalq Səhiyyə Agentliyi Stokholm sakinlərini və işəgötürənləri evdən işləmək üçün imkan yaratmağa çağırıb. Sonradan bu tövsiyə bütün ölkə əhalisinə ünvanlanıb.
banner

Oxşar Xəbərlər