• şənbə, 20 Aprel, 17:19
  • Baku Bakı 23°C

İstedadlı gənclər üçün müsabiqə elan olunub

06.05.21 17:45 849
İstedadlı gənclər üçün müsabiqə elan olunub
İstedadlı gənclər üçün "Səhnədə” müsabiqəsinə start verilib.
Azərbaycan Gənclər FondundanAZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi paytaxtda və regionlarda istedadlı gənc ifaçıları aşkarlamaq, onların qabiliyyətlərini inkişaf etdirmək və sənətdə öz yerlərinə tapmalarına dəstək göstərməkdir.
Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq müsabiqə vasitəsilə 16-25 yaşlı gənclər ifaçılıq bacarıqlarını nümayiş etdirəcəklər.
Müsabiqədə iştirak üçün müraciət etmək istəyən istedadlı gənclər www.gencistedad.az saytı vasitəsilə qeydiyyatdan keçə bilər. Müraciətlərin dəyərləndirilməsindən sonra uğurlu hesab edilən iştirakçılar Bakı, Gəncə, Naxçıvan, Şəki, Quba, Lənkəran və Bərdə şəhərlərində keçiriləcək kastinqlərə dəvət olunacaqlar. Kastinqlər nəticəsində müəyyənləşəcək 10 finalçı Bakıda keçiriləcək konsert proqramında iştirak edəcək və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qalib olaraq seçilən üç ifaçı "RÄNG leybl”ı ilə birillik əməkdaşlıq müqaviləsi imzalamaq şansı əldə edəcək.
Müsabiqənin münsiflər heyəti ölkəmizin musiqi sahəsində tanınan və peşəkar simaları olan Sevda Ələkbərzadə, Pərviz İsaqov (ProMete) və digər ulduzlardan ibarətdir.
Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və "RÄNG leybl”ın tərəfdaşlığı, "GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək "Səhnədə” müsabiqəsində iştirak üçün iyunun 10-dək müraciət edilməlidir.
banner

Oxşar Xəbərlər