• şənbə, 20 Aprel, 10:02
  • Baku Bakı 14°C

İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək göstərilib

12.07.20 18:45 566
İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək göstərilib
İstanbulda yaşayan aztəmianatlı azərbaycanlı ailələrə dəstək məqsədilə iyulun 12-də xeyriyyə aksiyası keçirilib.
AZƏRTACxəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və İstanbulda fəaliyyət göstərən "Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə baş tutub. Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir.
Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

banner

Oxşar Xəbərlər