• çərşənbə, 08 Yanvar, 19:50
  • Baku Bakı 8°C

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib

26.09.21 16:00 436
İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib
Sentyabrın 26-da İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar anım mərasimi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü və təşkilatçılığı, Sarıyer Bələdiyyəsinin dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə, TADEF-in sədri Ədalət Turan və digərləri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi bu Zəfəri bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli qərarları, Ordunun cəsarəti və xalqın birliyi nəticəsində əldə olunub. Bu böyük Zəfər eyni zamanda xalqla dövlətin birliyinin ən gözəl nümunəsidir.
Çıxışlarda əsrlərə dayanan Türkiyə-Azərbaycan qardaşlığının dünya durduqca davam edəcəyinə əminlik ifadə edilib.
Tədbirin sonunda Azərbaycanın Dövlət Bayrağının rənglərini özündə əks etdirən şarla havaya uçurulub.
Mərasimdə ölkəmizin İstanbuldaki Başkonsulluğu və Sarıyer Bələdiyyəsinin əməkdaşları, TADEF və qardaş ölkədə fəaliyyət görən digər ictimai qurumların nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz və yerli sakinlər iştirak edib.
banner

Oxşar Xəbərlər