• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

İstanbul-Təbriz avtobusu qəzaya uğradı, 6 ölü, 12 yaralı

20.05.13 09:37 1465
İstanbul-Təbriz avtobusu qəzaya uğradı, 6 ölü, 12 yaralı
APA-nın İRİB-ə istinadən məlumatına görə, qəza Rəşadiyyə D-100 quru yolu, Karlıyayla kəndi yaxınlarında baş verib. İstanbul-Təbriz marşrutu üzrə hərəkət edən avtobusun aşması nəticəsində 6 nəfər hadisə yerində həlak olub, 12 nəfər yaralanıb. Yaralılar ilkin tibbi müdaxilədən sonra Rəşadiyə Dövlət Xəstəxanasına aparılıblar. Ancaq onlardan dördünün vəziyyəti ağır olduğundan Tokat şəhərindəki müxtəlif xəstəxanalara yerləşdiriliblər. Meyitlər isə araşdırılması üçün Rəşadiyə Dövlət Xəstəxanasının morquna göndərilib. Qəzanın səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər