• çərşənbə axşamı, 23 aprel, 10:26
  • Baku Bakı 20°C

İsrailin müdafiə naziri ABŞ-ın Dövlət Departamentini təhqir etdi

15.01.14 10:04 1051
İsrailin müdafiə naziri ABŞ-ın Dövlət Departamentini təhqir etdi
APA – nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Psaki qeyd edib ki, Yaalonun açıqlamaları ABŞ-ın İsrailə davamlı dəstəyi fonunda daha qəribə səslənir.
Bununla da ABŞ Dövlət Departamenti İsrailin nüfüzlu “Ediot Axronot” qəzetindəki məqaləyə reaksiya verib. Həmin məqalədə məlumatlı mənbəyə istinadən İsrailin müdafiə nazirinin ABŞ-da və İsraildə keçirdiyi bəzi görüşlərdə səsləndirdiyi fikirlər yer alıb.
Məlumata görə, Yaalon Con Kerrini sadəlövh insan adlandırıb. O həmçinin arzu edib ki, ABŞ diplomatiyasının rəhbəri Nobel sülh mükafatını alsın və İsraildən əl çəksin.
Hələlik İsrail hökuməti “Ediot Axronot”dakı məqaləyə münasibət bildirməyib.
banner

Oxşar Xəbərlər