• şənbə, 27 Aprel, 08:28
  • Baku Bakı 12°C

İsraildə “Justice for Khojaly“ fotosərgisi keçirilib

14.01.14 15:58 1433
İsraildə “Justice for Khojaly“ fotosərgisi keçirilib
İsrailin şimalında, çoxlu sayda azərbaycanəsilli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında səyyar "Justice for Khojaly" fotosərgisinin açılışı keçirilib. Qeyd edək ki, fotosərgi ötən ilin fevralında Tel-Əviv Universitetində start götürüb.
Fotosərgini açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qeyd etdi ki 1992-ci ilin fevralında Xocalı soyqırımı ilə bağlı sənədli fotoşəkillər, artıq bir ilə yaxındır ki İsrail ictimaiyyətinə və İsrailin siyasi və akademik elitasına, KİVə Azərbaycan xalqının yaşadığı faciə haqqında əyani şəkildə bəhs edir. "Həmin qanlı gecədə ermənilər yüzlərlə dinc sakinləri məhv etmişdilər, onların arasında qocalar, qadınlar, uşaqlar var idi"- dedi Yeganə Salman.
Məhz buna görə də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Aziz" "Justice for Khojaly" kampaniyası çərçivəsində İsrailin müxtəlif şəhərlərində il ərzində səyyar fotosərgini həyata keçirir. Bu fotosərgi erməni işğalçılarının Xocalı soyqırımı cinayətini pisləməyə çağırır.
Fotosərgidə çıxış edən Akko şəhərinin meri Şimon Lankri qeyd etmişdir ki, Xocalı soyqırımına həsr olunmuş bu sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açmışdır. "
Lankri ümidlə söylədi ki yaxın vaxtlarda, Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad olunacaq və Azərbaycan qaçqınları öz Vətənlərinə dönəcəklər. Akko şəhərinin meri eyni zamanda şəhərdə yaşayan və fəal iş görən Azərbaycan kokənli insanların fəaliyyətindən bəhs etdi. "Biz bu yaxında Azərbaycandan köçmüş dağ yəhudilərin mədəniyyət mərkəzini tikməyə başlamışıq və düşünürəm ki bu mərkəz Azərbaycanı daha yaxından tanımağa bizə imkan yaradacaq"- Lankri söylədi.
Akko şəhərinin dağ yahudilərin icma başçısı, bələdiyyə üzvü Nexamiyya Şirin Mixaeli fotosərgi iştirakçılarına Azərbaycan və ivrit dillərində müraciət edib. "Azərbaycan yəhudiləri hər zaman Ana Vətən olan Azərbaycana böyük məhəbbətlə yanaşıb, çünki Azərbaycanlılar və yəhudilər yüz illər ərzində qardaş kimi yaşayıblar. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu multikulturalizm və tolerantlıq siyasətini davam etdirir və biz Azərbaycan yəhudiləri bununla fəxr edirik" – Mixaeli söylədi.
Sonra çıxış edən “AZİZ”in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd etmişdir ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir.
A.Qut vurğulamışdır ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilmişdir. Məhz buna görə də biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil edəcəyik.
Azİz-in baş direktoru Lev Spivak isə Heydər Əliyev Fonduna, "Justice for Khojaly" kampaniyasına və Akko şəhərinə, eyni zamanda AMİ təşkilatına, “Şolumi” Mədəniyyət Mərkəzinə və digərlərinə təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, Akko şəhərində "Justice for Khojaly" fotosərgisinin uğurla keçirilməsində AMİ ümumisrail gənclər ictimai təşkilatının sədri, Azİz-in idarə heyətinin üzvü, Akkoda absorbsiya bölməsinin rəhbəri Rauf Ağalarovun və “Şolumi” Dağ Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Simon-Tovun da böyük xidməti olub.

banner

Oxşar Xəbərlər