• şənbə, 20 Aprel, 04:30
  • Baku Bakı 15°C

İsraildə iyunun 1-dən koronavirusa qarşı tətbiq olunan məhdudiyyətləri ləğv ediləcək

24.05.21 09:45 459
İsraildə iyunun 1-dən koronavirusa qarşı tətbiq olunan məhdudiyyətləri ləğv ediləcək
"İsraildə koronavirusa qarşı tətbiq edilmiş karantin məhdudiyyətləri ləğv ediləcək”.
APARİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Yuli Edelşteyn bildirib.
Nazir qeyd edib ki, İsrail normal həyata qayıdır: "İyunun 1-dən etibarən artıq "yaşıl pasport"a ehtiyac qalmayacaq və açıq havada insanların sayını tənzimləyən "bənövşəyi standart" adlanan məhdudiyyətlər götürüləcək.
Eyni zamanda, vətəndaşlar hələ də qapalı yerlərdə maska taxmalı, giriş və çıxış üçün nəzərdə tutulan məhdudiyyətlər davam edəcək”.
Yuli Edelşteyn, həmçinin, vətəndaşları koronavirusa yoluxma nisbəti yüksək olan ölkələrə səyahət etməməyə çağırıb.
banner

Oxşar Xəbərlər