• cümə, 29 Mart, 02:07
  • Baku Bakı 7°C

İsrail dronlarının Azərbaycana gətirilməsi barədə məlumatların heç bir əsası yoxdur

23.08.19 22:22 5148
İsrail dronlarının Azərbaycana gətirilməsi barədə məlumatların heç bir əsası yoxdur
Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının İraqa və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb.
Bununla bağlıAZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məlumatların heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədi daşıyır.
Qeyd edək ki, yayılan məlumatlarda "Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisinin ABŞ-ı İraq və İranı hədəfə almaq üçün 4 İsrail dronunu Azərbaycana gətirməkdə ittiham etdiyi bildirilir. Onun bu iddiası İraq silahlılarının Səlahəddin vilayətində yerləşən bazasının İsrail tərəfindən hədəfə alınmasından bir ay sonra səsləndirilib.
banner

Oxşar Xəbərlər