İspanlar İtaliyaya getməkdən imtina etdilər
İspaniyanın
"Xetafe” klubu Avropa Liqasının 1/8 finalının ilk qarşılaşması üçün İtaliyaya
getməkdən imtina edib.
Kaspi.az xəbər
verir ki, Xetafe” bu mərhələdə "İnter”lə qarşılaşacaq. Bu barədə klubun
prezidenti Anhel Torres məlumat verib:
"Əgər
lazımdırsa, bu mərhələdə mübarizəni dayandıracağıq. Biz futbolçuların
sağlamlığını risk altına ata bilmərik. Biz UEFA-dan xahiş etdik ki, oyunun
keçirilməsi üçün başqa variant axtarsınlar.
Biz koronavirusa
görə problem yaşamaq istəmirik. Bu, bizə lazım deyil. Yaxşı olardı ki, oyun təxirə
salınsın”.