• çərşənbə, 24 Aprel, 08:24
  • Baku Bakı 13°C

İspaniya Azərbaycanın notasına cavab verdi

12.06.13 13:27 1514
İspaniya Azərbaycanın notasına cavab verdi
İspaniya Xarici İşlər Nazirliyi opera müğənnisi Monserrat Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycanın etiraz notasına cavab verib. APA-nın xəbərinə görə, İspaniya tərəfi bildirib ki, şəxsi təşəbbüslə gerçəkləşən bu cür səfərlər dövlətin rəsmi mövqeyini dəyişmir.
Cavabda deyilir ki, İspaniya beynəlxalq hüququn digər prinsipləri ilə bərabər ərazi bütövlüyü prinsipini də tanıyır və beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərini dəstəkləyir.
Xatırladaq ki, Azərbaycanın İspaniyadakı səfirliyi Monserrat Kabalyenin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar iyunun 5-də İspaniya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
banner

Oxşar Xəbərlər