• şənbə, 20 Aprel, 15:51
  • Baku Bakı 23°C

İsmayıllıda toyda dava: Bəy və qardaşı bıçaqlandı, atası ürək tutmasından vəfat etdi

19.07.21 12:30 266
İsmayıllıda toyda dava: Bəy və qardaşı bıçaqlandı, atası ürək tutmasından vəfat etdi
İsmayıllıda şadlıq saraylarının birində keçirilən toy mərasimində mübahisə düşüb.
Bu barədəTrend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.
Onun sözlərinə görə, mübahisə zəminində bəy Abuzər Tahirli və onun qardaşı İlkin Tahirli bıçaqlanıb:
"Hadisəni törədən şəxsin İsmayıl şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən olunub. Onun saxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. Bəyin atası Nəriman Səfərəliyev isə hadisədən sonra ürək tutmasından vəfat edib".
banner

Oxşar Xəbərlər