şənbə, 01 Oktyabr, 03:26

Baku Bakı 19°C

İslamiada: Azərbaycanın sərbəst güləşçisi medalı təmin edib

icon 186 icon 10 avqust 2022 | 17:15 İslamiada: Azərbaycanın sərbəst güləşçisi medalı təmin edib

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 74 kq-da çıxış edən idmançı yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gələrək, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.