• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

“İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinə yekun vuruldu

29.01.18 11:52 258
“İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinə yekun vuruldu
29 yanvar 2018-ci il tarixində Bakı şəhəri 178-saylı orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant layihəsində qalib olmuş "İslam dininin inkişafı tarixi abidələrin dili ilə” layihəsinin bağlanış mərasimi baş tutub.
AzNews.azxəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəriFidan Yusifliqeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili "İslam Həmrəyliyi İli” elan etmiş və bu istiqamətdə aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Tədbirlər planı çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif tədbirlərin həyata keçirilməsi, o cümlədən İslam adı altında yaradılan radikal qruplara qarşı birgə mübarizənin koordinasiya olunması kimi məsələlər nəzərdə tutulmuşdur. O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduqca dolğun, hərtərəfli düşünülmüş təşəbbüsdür ki gənclər və yeniyetmələr olaraq bizlərin tək görəcəyimiz iş bu siyasətin ətrafında birləşmək olmalıdır.
Daha sonra çıxış edən gənc ictimai fəalSəxavət Hidayətoğluİslam dininin Azərbaycanda yayılma tarixi və proseslərindən geniş söhbət açıb. Qeyd edib ki, xalqların, dövlətlərin sülh, bəşəri dəyərlərə sadiqlik, birlik şəraitində, dinc yanaşı yaşaması çərçivəsində İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasında iqtisadi, mədəni münasibətlərin genişlənməsinə, insanlarımızın bir-biri ilə daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir. Həmrəylik müsəlman xalqlar arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada sülhün, tərəqqinin bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaqdır!
banner

Oxşar Xəbərlər