AZE | RUS | ENG |

“İşıq İnşaat” MTK-nın sakinləri “Bakı Siti” restoranının bağlanmasını tələb edirlər

“İşıq İnşaat” MTK-nın sakinləri “Bakı Siti” restoranının bağlanmasını tələb edirlər
Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədəki "İşıq İnşaat” MTK-nın binasında yaşayan sakinlər Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova,  Daxili İşlər Naziri Ramil Usubova və Bakı şəhər prokuroru İlqar Abbasova müraciət ünvanlayıblar. Müraciətdə deyilir ki, "İşıq İnşaat” MTK-ya məxsus 32 və 34-cü binaları birləşdirən qeyri-yaşayış sahəsi 2017-ci ildən "Melodiya” restoranı adı altında fəaliyyət göstərməyə başlayıb. Bundan sonra bina sakinlərinin rahatlığı ciddi şəkildə pozulub. Gecə səhərə kimi restorandan gələn musiqi səsləri, sərxoş müştərilərin söyüş söyməsi, dalaşması, maşınların qulaqbatırıcı siqnalları onların rahatlığını pozub. Sakinlərin dəfələrlə müxtəlif orqanlara müraciətindən sonra 2018-ci ildə "Melodiya” restoranının adı dəyişdirilərək "Bakı Siti” ailəvi restoranı olub. Amma onun yalnız adı ailəvi olub. Burada yenə də səhərə kimi davam edən musiqi səsləri, sərxoş müştərilərin səs-küyü davam edib. Sakinlərin sözlərinə görə, şəhərin "İnfiniti”, "Alibaba, "Maribu” kimi pis ad çıxaran məkanların bağlanmasından sonra onların müştəriləri "Bakı Siti”yə axışıblar. "Bakı Siti” də baş verənlərlə bağlı sakinlərin şikayəti əsasında "Ezviz” kamerası quraşdırılıb. Nəticədə hər gün "Bakı Siti”də baş verənlər qeydə alınıb. Videodan da göründüyü kimi axşam saat 23.00-dan səhər saat 5-6-ya kimi burada qeyri-əxlaqi hərəkətlərə yol verilir, söyüş, dalaşma, sakinləri narahat edən səs-küy baş verir.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779