• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

İsgəndər Həmidov dünyasını dəyişdi

26.02.20 09:37 1016
İsgəndər Həmidov dünyasını dəyişdi
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.
Trend-in məlumatına görə, bu barədə səhiyyə eksperti Adil Qeybulla xəbər yayıb.
O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini bildirib.
İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.
banner

Oxşar Xəbərlər