• cümə axşamı, 28 mart, 13:50
  • Baku Bakı 16°C

İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrıldı

04.07.22 14:45 577
İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrıldı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılıb.

Kaspi.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

banner

Oxşar Xəbərlər