• şənbə, 20 Aprel, 03:59
  • Baku Bakı 15°C

İşğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqin nəticələri açıqlanıb

28.12.21 14:30 456
İşğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqin nəticələri açıqlanıb
Şuşa, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcərdə monitorinqin nəticələri açıqlanıb.
Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu günə kimi 403 dövlət qeydiyyatında olan tarixi-mədəniyyət abidəsinə baxış keçirilib, 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli abidələrin monitorinqi aparılıb.
"Eyni zamanda 864 mədəniyət müəssisəsinə baxış keçirilib. Bunlar 462 kitabxana, 348 klub, 20 muzey, 26 uşaq musiqi məktəbi, 1 kinoteatr, 3 kinoklub, 2 teatr, 2 qalereyadır. Monitorinqin məqsədi işğaldan azad olunan ərazilərimizdə abidələrimizə vurulan zərərə görə, təzminatın ödətdirilməsidir".
banner

Oxşar Xəbərlər