• cümə axşamı, 28 mart, 12:46
  • Baku Bakı 16°C

İşğaldan azad edilmiş ərazilərdə polisə tabesizlik göstərən şəxslər tutulub

24.05.21 12:21 639
İşğaldan azad edilmiş ərazilərdə polisə tabesizlik göstərən şəxslər tutulub
Polis əməkdaşlarına tabesizlik göstərən şəxslər məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundanAPA-ya verilən məlumata görə, may ayının 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisindəki polis əməkdaşlarının xidməti postuna yaxınlaşan "Mitsubishi” və "QAZel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə saxlanılıblar. Yoxlama aparılan zaman hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.
Postun fəaliyyətini qısa müddətdə pozan 5 nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduğu müəyyən edilib. Onların hər biri barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

banner

Oxşar Xəbərlər