• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

“İsa Qəmbərdən sonra Müsavatda parçalanmalar olacaq”

23.09.14 14:12 954
“İsa Qəmbərdən sonra Müsavatda parçalanmalar olacaq”
“Müsavatda İsa Qəmbərdən başqa heç kim partiyanı indiki vəziyyətdə saxlaya bilməyəcək. Ancaq İsa Qəmbər seçkilərdə iştirak etməyəcəksə, hesab edirəm ki, Arif Hacılı başqanlığa daha şanslıdır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında İsa Qəmbər istisna olmaqla, başqanın kim olmasından asılı olmayaraq, partiya zəifləyəcək: “İsa Qəmbərdən sonra Müsavat Partiyası belə qalmayacaq. Bunu birmənalı şəkildə bilmək lazımdır. Təcrübə göstərir ki, İsa Qəmbərdən sonra partiyada istefalar, parçalanmalar olacaq. Çünki lider ətrafında birləşən partiyalarda liderlər gedəndən sonra, adətən parçalanmalar olur”.
banner

Oxşar Xəbərlər