• cümə, 19 Aprel, 22:09
  • Baku Bakı 24°C

İraqın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

27.05.21 15:05 367
İraqın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
İraq Respublikasının Baş naziri Mustafa Al-Kazımi Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə İraq Respublikası Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıram.
Cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına və Hökumətinə tərəqqi və rifah arzulayıram.

Ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
banner

Oxşar Xəbərlər