• cümə axşamı, 28 mart, 17:25
  • Baku Bakı 16°C

İraqda amerikalı pilotların səhvi təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının ölümü ilə nəticələnib

27.01.18 20:55 435
İraqda amerikalı pilotların səhvi təhlükəsizlik qüvvələrinin 7 əməkdaşının ölümü ilə nəticələnib
ABŞ helikopteri İraqın Əl-Ənbar əyalətinin Əl-Bağdadi rayonunda səhvən təhlükəsizlik qüvvələrinin avtomobillərini atəşə tutub.
AZƏRTACƏs-Sumariyə telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb. İnsident zamanı, həmçinin yerli qəbilənin şeyxi ilə görüşə gedən polis rəhbəri və administrasiya başçısının avtomobilləri də atəşə məruz qalıb.
İraqın anti-terror birləşməsinin komandanlığı isə öz növbəsində həmin rayonda beynəlxalq koalisiyanın havadan dəstək verdiyi xüsusi əməliyyatın keçirildiyini bildirib.
Onun sözlərinə görə, fəaliyyət əvvəlcədən razılaşdırılmadığı üçün təhlükəsizlik qüvvələri silahlı qrupla səhv salınıb.
Hadisə ilə bağlı təhqiqat başlayıb.
banner

Oxşar Xəbərlər