• çərşənbə, 24 Aprel, 01:16
  • Baku Bakı 14°C

İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik”

19.09.17 14:40 762
İraq Türkmən Cəbhəsinin lideri: “Bərzani Kərkükü kürd bölgəsinə daxil etmək istəyir, torpaqlarımızı müdafiə edəcəyik”
"Şimaliİraqkürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Kərkükü neftinə görə kürd bölgəsinə daxil etmək istəyir. Onların sentyabrın 25-nə təyin etdiyi müstəqilliklə bağlı referendum təkcəİraqtürkmənlərinin torpaqlarını ələ keçirmək deyil, ümumən türk varlığına qarşı planın bir hissəsidir. Çünki Kərkükün Qarabağdan, Şimali Kiprdən bir fərqi yoxdur. Bu məsələlərə eyni çərçivədən yanaşmaq lazımdır. Türkmənin İraqda təhlükəsizliyi türk dünyasının təhlükəsizliyi deməkdir”.
Bu sözləriAPA-ya açıqlamasındaİraqTürkmən Cəbhəsinin sədri,İraqparlamentinin deputatı Ərşad Salehi bildirib.
Ə. Salehi deyib ki,İraqparlamentinin qərarına əsasən M. Bərzaninin sentyabrın 25-nə təyin etdiyi referendumun hüquqi əsası yoxdur: "Mərkəzi hökumət, İraqdakısiyasi partiyalar, qonşu ölkələr bu referendumun yanlış bir qərar olduğunu bəyan edib. İraqdakıBMTtəmsilçisi də referendum qərarını qınayıb. Türkiyə və İran, o cümlədən ərəb dövlətləri referendum qərarını yanlış sayır, bunun bölgədə xaosa yol aça biləcəyini bəyan edirlər. Sentyabrın 18-də Türkiyə İraqla sərhəddəki Habur sərhəd-keçid məntəqəsi yaxınlığında hərbi təlimə başlayıb. Eyni zamanda Türkiyə Milli Təhlükəsizlik Şurasının sentyabrın 27-nə nəzərdə tutulan toplantısının tarixi dəyişdirilib, toplantı sentyabrın 22-də keçiriləcək. Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısının tarixini dəyişdirilməsi Məsud Bərzaninin referendum qərarı ilə bağlıdır. Bununla Türkiyə həmİraqhökumətinə dəstək, həm də bölgə ölkələrinə mesaj verir. Şimaliİraqkürd muxtariyyəti yanlış addım atdığını bilməlidir. Türkiyənin Habur sərhəd-keçid məntəqəsini bağlaması, neft nəqlini dayandırması, o cümlədən İranın sərhədi bağlaması Şimaliİraqkürd muxtariyyətinə ciddi təsir edər, bu, onlara böyük mesaj, siqnal olar. Onu da deyim ki, bizİraqKonstitusiya Məhkəməsinə referendum qərarı ilə bağlı şikayət etmişdik. Az öncəİraqKonstitusiya Məhkəməsi də referendumun qanuni olmadığını açıqladı. Biz arzulayırıq ki, qardaş Azərbaycan hökuməti və parlamenti Şimaliİraqkürd muxtariyyətinin referendum qərarını pisləyən bir bəyanat qəbul etsin, Kərkük və digər türkmən bölgələrinin gələcəyinin referendumla bağlılığının qəbul edilmədiyini vurğulasın”.
ABŞ-ın üzdə referenduma qarşı çıxsa da, əslində referendum qərarının arxasında olması barədə fikirlərə gəlinсə,İraqTürkmən Cəbhəsinin sədri ABŞ və digər böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların tək kürdlərin deyil, İraqdakı bütün xalqların zamini qismində çıxış etməsinin vacib olduğunu vurğulayıb: "Sentyabrın 17-də biz ABŞ-ın səfiri ilə də görüşdük. Səfirə dedik ki, sizin bizim, məzlumun yanında olması lazımdır. ABŞ-dan da bunu gözləyirik”.
Ə. Salehinin sözlərinə görə, M. Bərzani bu yanlışdan dönməsə,İraqtürkmənlərinin qarşısında fərqli seçimlər var: "Biz türkmənlərin yüz ildir ki, bu bölgələrdə, torpaqlarda nə qədər tərk edilsək, yalnız qalsaq da, bir iradəmiz, bir əzmimiz var. Köhnə rejimlər,Səddam Hüseynbizə qalib gələ bilməyib, bundan sonrakılar da bizə qalib gələ bilməyəcəklər. Biz türkmənlər imkan daxilində torpaqlarımızı müdafiə edən insanlarıq, yenə də torpaqlarımızı müdafiə edəcəyik. Bəli, bu gün İraqda müxtəlif silahlı qüvvələr müxtəlif haqların, maraqların ifadəçisi kimi ortadadır. Biz bu məsələdə əvvəllər geciksək də, indi türkmən gəncinin də əlində silah var. Biz istəmərik ki, türkmənlər silahlarından kürdlərə qarşı istifadə etsinlər. İstərdik ki, silahlarımızdan İŞİD-ə, terrorizmə qarşı mübarizə üçün istifadə edək. Türkmənlərin özünü müdafiə etməyə qabiliyyəti var”.
Ə. Salehi hesab edir ki, M. Bərzaninin yanlış qərarı nəticəsində kürdlərin əldə etdikləri haqlar da itiriləcək: "Bu referendum heç kimin, o cümlədən kürdlərin də xeyrinə deyil. Bu yanlış addımla kürdlər əldə etdikləri haqq və hüquqları da itirəcəklər”.
banner

Oxşar Xəbərlər