• şənbə, 27 Aprel, 01:54
  • Baku Bakı 14°C

İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib

15.07.19 12:23 15908
İranın xarici işlər naziri ABŞ-dan viza alaraq Nyu-Yorka gedib
ABŞ hakimiyyəti İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verib və nazirBMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak üçün Nyu-Yorka gedib.
"Report" xəbər verir ki, bu barədə TASS-a İranın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat katibi Əlirza Mirusefi bildirib.
"Bəli, o, vizanı alıb və artıq Nyu-Yorka gəlib", - diplomat deyib.
Bildirilirdi ki, Birləşmiş Ştatlar Zərif əleyhinə sanksiyalar tətbiq edəcək. Lakin sonra KİV qeyd edib ki, rəsmi Vaşinqton naziri müvəqqəti olaraq sanksiya siyahısına daxil etməmək barədə qərar qəbul edib.
Daha əvvəlİranın xarici işlər naziriMəhəmməd Cavad ZərifOman körfəzində tankerlərlə bağlı insidentişübhəli haladlandırıb.
banner

Oxşar Xəbərlər