• şənbə, 18 May, 13:19
  • Baku Bakı 19°C

İranda zəlzələdə yaralananların sayı 600-ə yaxınlaşıb

29.01.23 09:15 608
İranda zəlzələdə yaralananların sayı 600-ə yaxınlaşıb

 İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə 2 nəfər ölüb, 580-dən çox insan isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, şəhərə dəyən ziyanın qiymətləndirilməsi üçün əraziyə işçi qrupu cəlb edilib. Qeyd edək ki, daha öncə Tibb elmləri Universitetinin təcili tibbi yardım mərkəzinin rəisi Fərzin Rzazadə təbii fəlakət nəticəsində 3 nəfərin öldüyünü açıqlasa da, regionun qubernatoru onun bu açıqlamasını təkzib edib.

banner

Oxşar Xəbərlər