İranda təlim təyyarəsi qəzaya uğrayıb
İranın Səmnan vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.
AZƏRTACİran KİV-lərinə istinadla xəbər verir ki, qəza nəticəsində iki heyət üzvü həlak olub. Hava limanından 200 metr məsafədə baş vermiş qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.