• çərşənbə, 24 Aprel, 08:19
  • Baku Bakı 13°C

İranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib

01.02.18 12:00 580
İranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib
İranda "quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib.

Ə. Rafiipur qeyd edibki, bu günə qədər 421 mərkəzdə "quş qripi” virusu aşkarlanıb.

Bir çox ölkənin "quş qripi” ilə mübarizə apardığını deyənƏ.Rafipur qeyd edib ki, İranın 16 əyalətində "quş qripi” müşahidə edilib.

Məhv edilən toyuqların 73 faizinin yumurtalayan toyuqlar olduğunu açıqlayanƏ.Fariipur Qum, İsfahan və Yəzd əyalətlərində "quş qripi”nə yoluxma hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər