AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar ilkin məlumatlar açıqlandı

İranda qəzaya uğrayan təyyarə ilə əlaqədar ilkin məlumatlar açıqlandı

Təfsilat
09 Yanvar 2020, 12:45 234
İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi 8 min fut yüksəkliyə qalxdıqdan sonra onun məlumatları radardan itib, təyyarə yüksəkliyi itirərək yerə çırpılıb.
Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib. Onun sözlərinə görə, təyyarənin əyləncə parkında yerə çırpılması ilə partlayış baş verib.
Abidzadə əlavə edib ki, təyyarənin yerdəki istiqamətindən bəlli olur ki, problem yarandıqdan sonra sağ istiqamətində dönüb və qəza da dönüş zamanı baş verib. Pilotdan qeyri-normal vəziyyətlə əlaqədar heç bir məlumat əldə olunmayıb.
Təşkilat sədri hər iki qara qutunun tapıldığını və qəza və yanğın nəticəsində zədələndiyini deyib: "Təyyarədə olan 167 sərnişin və 9 nəfər ekipaj heyəti həlak olub. Təyyarədə 146 İran vətəndaşı, 10 Əfqanıstan vətəndaşı, 5 Kanada vətəndaşı, 4 İsveç vətəndaşı, 11 Ukrayna vətəndaşı olub”.
Xatırladaq ki, ötən gün İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb və qəzada təyyarədəki sərnişinlərin hamısı həlak olub.