• cümə, 19 Aprel, 00:43
  • Baku Bakı 18°C

İranda prezidentliyə namizədlər səs veriblər

14.06.13 14:10 1857
İranda prezidentliyə namizədlər səs veriblər
Bu gün İranda keçirilən prezident seçkilərində bu posta iddialı 6 namizəd seçki məntəqələrinə gedərək səs verib
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, səhər saat 8:00-da ölkə ərazisində 60 minə yaxın seçki məntəqəsində səsvermə başlayıb.
Səsvermə saat 18:00-a qədər davam edəcək. Prezident seçkilərində 1 islahatçı, 3 mühafizəkar və 2 müstəqil namizəd yarışır. Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhani islahatçıların yeganə namizədidir. Mühafizəkar qanadı Tehran meri Məhəmməd Bagir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi və atom məsələləri ilə bağlı danışıqlarda İranın nümayəndəsi Səid Cəlili, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti təmsil edir. İran İslam İnqilabını Mühafizə Korrusunun sabiq komandanı Möhsün Rızayı və sabiq nazirlərdən Məhəmməd Qarezi seçkilərə müstəqil namizəd kimi qatılırlar.
Seçki məntəqəsində açıqlama verən Möhsün Rızayı deyib ki, əsas xalqdır və xalqın rroblemlərini təcili həll etmək lazımdır: “Ölkəmizin taleyini biz həll edirik və ona görə də seçkidə iştirak etməliyik”.
Səid Cəlili isə seçiləcək namizədə hər kəsin hörmətlə yanaşmalı olduğunu söyləyib. Onun sözlərinə görə, yeni seçilmiş prezidentə kömək etmək lazımdır ki, o, xalqa xidmət edə bilsin. Həsən Ruhani isə seçkilərin nəticələrinin iyunun 15-də açıqlanacağını və həmin günün bütün iranlıların qələbə günü olacağını dilə gətirib: “Dövlətin sahibi xalqdır və ölkədə hakimiyyət xalqa məxsusdur. Əgər mən prezident olsam, ölkəyə ədalətli rəhbərliyə zamin olacam”.
banner

Oxşar Xəbərlər