İranda koronavirusdan daha 127 nəfər öldü
İranda yeni koronavirus (COVID19) daşıyıcılarının sayı 23 049 nәfәrә çatıb.
Nazirlik rәsmisi 8 376 nәfәrin müalicә olunaraq sağaldığını deyib.
Cahanpur bildirib ki, yoluxma halı üzrә yaşı orta hesabla 59, ölüm halı üzrә yaş isә 65-dir.
Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mәtbuat xidmәtinin rәhbәri K.Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda bu virusa 1 411 nəfәr yoluxub.O әlavә edib ki, ötәn sutkada 127 nәfәrin bu virus nәticәsindә ölmәsi öz tәsdiqini tapıb. Belәliklә İranda koronavirusun yeni növünün yayılması nәticәsindә 1 812 nәfәr ölüb.
Nazirlik rәsmisi 8 376 nәfәrin müalicә olunaraq sağaldığını deyib.
Cahanpur bildirib ki, yoluxma halı üzrә yaşı orta hesabla 59, ölüm halı üzrә yaş isә 65-dir.