AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İranda 300 tibb işçisi koronavirusa yoluxub

İranda 300 tibb işçisi koronavirusa yoluxub

Təfsilat
05 Aprel 2020, 20:45 385
İranda indiyədək 300 tibb işçisi koronavirusa yoluxub.
 
Bunu İranın Sosial Təminat Təşkilatının müalicə üzrə idarəsinin baş direktoru Əbülfəz Afəridə deyib. Bu barədə Trend ILNA-ya istinadən məlumat verib.
Ə.Afəridənin sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçilərindən 10 nəfəri dünyasını dəyişib.
Afəridə əlavə edib ki, İranın tibb sektorunda təxminən 5 min həkim, 30 mindən çox tibb işçisi çalışır.

Təşkilat rəsmisi bildirib ki, İranda koronavirusa yoluxmuş xəstələrin müalicəsi 100% pulsuzdur. Sığortalanmış şəxslərdən heç bir vəsait tələb olunmur. Bununla belə Sosial Təminat Təşkilatın qeydiyyatında olmayan şəxslərdən müəyyən vəsait alınır.
 
"Hər bir koronavirusa yoluxmuş şəxsin müalicəsinə çəkilən xərcə gəldikdə, reanimasiya və ya xüsusi xidmətlərə ehtiyacı olmayan şəxslər üçün minimum 4-5 milyon rial (təxminən 95,2-119 dollar), həmin xidmətlərə ehtiyacı olan şəxslərə isə 200-250 milyon rial (təxminən 4,7-5,9 min dollar) vəsait xərclənir” –deyə o qeyd edib.
Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (5 aprel) 58 226 nəfərin koronavirusa yoluxduğunu, 3 603 nəfərin öldüyünü və 22 011 nəfərin sağaldığını təsdiqləyib.