• cümə axşamı, 18 aprel, 21:49
  • Baku Bakı 21°C

İran XİN: Türkiyə Suriyada hərbi əməliyyatları dayandırmalıdır

05.02.18 15:58 573
İran XİN: Türkiyə Suriyada hərbi əməliyyatları dayandırmalıdır
"TürkiyəSuriyada keçirdiyi hərbi əməliyyatları dayandırmalıdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranXarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi mətbuat konfransında deyib.

B. Qasimi bildirib ki, buprosesin davam etdirilməsiterrorçuların və qeyri-sabitliyin bölgəyə qayıtmasına yardım edir: "Türkiyə dövləti bu məsələyə yenidən baxmalıdır vəSuriyailə bağlıməsələləri Astana prosesi müzakirələrində gündəmə gətirməlidir”.
B. QasimiFransa prezidenti Emmanuel Makronun İrana səfər və ayətullah Xamenei ilə görüşü ilə bağlı şərt irəli sürməsinə toxunaraq bəyan edib ki, İran heç vaxt şərt qəbul etmir: "Biz şərtləri vətəzyiqləri qəbul etmirik.Öz siyasətimiz haqqında özümüz qərar veririk. Makronun İrana səfər üçün şərt irəli sürməsi ilə bağlı yayılan məlumatlar yanlış və yersizdir. XİN vəParisdəki səfirliyimiz bu haqda heç nə eşitməyib. Hələlik bu səfər üçün tarix müəyyən edilməyib. Digər ölkələrin prezidentləri və rəsmiləriİrana rəsmi səfər zamanıali liderlə görüşür və bu, qəbul olunmuş bir qaydadır”.
B. Qasimi İsrail baş naziriBenyamin NetanyahununRusiyaya səfəri zamanıprezident Putinlə görüşündəİranla bağlı apardığı danışıqlar haqda İranın məlumatlandırılıb-məlumatlandırılmaması barədə suala cavabında deyib ki, Rusiya ilə əlaqələr müxtəlif kanallarla davam etdirilir:"Regionda və dünyada baş verən proseslərə dair lazımi məsləhətləşmələr aparırıq və aparacağıq.Sionist rejimin bu səfər zamanı sərgilədiyi mövqe qəribə deyil. Onlar həmişə çalışıblar bizimlə digər ölkələr arasındamünasibətləri korlasınlar”.
banner

Oxşar Xəbərlər