• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

İran XİN: Kürdüstan Muxtariyyəti ilə hava əlaqəsini İraqın istəyi ilə kəsdik

25.09.17 14:35 1222
İran XİN: Kürdüstan Muxtariyyəti ilə hava əlaqəsini İraqın istəyi ilə kəsdik
"İraqın istəyi əsasındaKürdüstan Muxtariyyəti iləhavasərhədini bağladıq”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasimi deyib.
B. Qasimi bildirib ki,Tehranİraqın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır: "Bizim mövqeyimiz tamamilə şəffafdır.İraqdövlətinin ərazi bütövlüyünün və təhlükəsizliyinin əleyhinə olan hər bir addım səhv və düşünülməmiş addımdır. Bu, bəzi hadisələrə və dəyişikliklərə səbəb ola bilər ki, bu da region xalqları və həmişə xeyirlərini istədiyimiz, hər sahədə yardım etdiyimiz kürd xalqına təsir göstərə bilər”.
B. QasimiİraqKürdüstanı sərhədlərinin İran tərəfindən bombalanması xəbərinə də münasibət bildirib və deyib ki, Qərb mediası tərəfindən yayılan bu xəbərlər yanlışdır: "Bu,İraqKürdüstanında referendum öncəsitəbliğat məqsədilə yayımlanmış xəbər idi”.
banner

Oxşar Xəbərlər