• çərşənbə axşamı, 16 aprel, 17:06
  • Baku Bakı 19°C

İran XİN başçısının Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb

21.01.21 17:45 422
İran XİN başçısının Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
Bu barədəKaspi.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunb ki, səfər zamanı o, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.
Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək:
1) İki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq
2) İranın 10 Noyabr Bəyannaməsi (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı
3) İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı
4) Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı
İran İslam Respublikası Xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.
banner

Oxşar Xəbərlər