İran təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələrini dərc edib

İran təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələrini dərc edib

Təfsilat
09 Yanvar 2020, 14:45 279
Tehranda qəzaya uğrayan Ukraynanın "Boeing” təyyarəsi hələ yerə çırpılmamış alışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İran Mülki Aviasiya Təşkilatının məruzəsində yer alıb. "Şahidlərin sözlərinə görə, alov təyyarəni bürüyüb və onun füzelyajı boyu yayılıb”, - sənəddə belə deyilir.
Qurumun məlumatına əsasən, laynerin uçuş trayektoriyası onu göstərir ki, ekipaj nasazlığı görəndən sonra onu geriyə, aeroporta tərəf qaytarmağa cəhd edib. Bununla yanaşı, pilotlar təyyarədə nasazlıq barədə məlumat verməyiblər.
Xatırladaq ki, faciə yanvarın 8-də səhər saatlarında baş verib. Tehrandan Kiyevə uçan Boeing 737-800 təyyarəsi İmam Xomeyni adına aeroportdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həyatını itirib. İlkin məlumata görə, qəzaya mühərrikdə yaranan nasazlıq səbəb olub.