• şənbə, 20 Aprel, 04:25
  • Baku Bakı 15°C

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə sərhəddə hərbi təlimə başlayıb

24.09.17 16:31 880
İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə sərhəddə hərbi təlimə başlayıb
Bu gün İran İslam İnqilabını Mühafizə Korpusu ölkənin şimal-qərbində, İraqla sərhəddə geniş miqyaslı təlimə başlayıb.
APA-nın məlumatına görə, bu barədə Korpusun "Sepahnews” saytında məlumat yerləşdirilib.
ŞimaliİraqKürdüstan Muxtariyyəti ilə sərhəddə keçirilən Məhərrəm hərbi təlimində pilotsuz aparatlar, raket, artilleriya, hərbi-havaqüvvələri və zirehli birləşmələr iştirak edir. Təlimin ŞimaliİraqKürdüstan Muxtariyyətində sentyabrın 25-ə təyin edilmiş müstəqilliklə bağlı referendum ərəfəsində keçirilməsi diqqət çəkir.
İraqhakimiyyətinin əsas tərəfdaşı olan İran kürdlərin referendum qərarına qarşı çıxır, referendumun qanunsuz olduğunu bəyan edir.
Qeyd edək ki, referendum qərarına qarşı çıxan Türkiyə də İraqla sərhəddə geniş miqyaslı hərbi təlim keçir.
banner

Oxşar Xəbərlər