İran qaz istehsalını artırıb
İranın Şərq Neft-Qaz İstismarı Şirkəti istehsalı cari ilin əvvəlindən indiyədək 103% artırıb.
Bunu İranın Şərq Neft-Qaz İstismarı Şirkətinin icra direktoru Əbülhəsən Məhəmmədi deyib. Ə.Məhəmmədinin sözlərinə görə, ötən il ümumilikdə qaz istehsalı 100% artmışdı:"Hazırda şirkətdə gündəlik 62 milyon kubmetr qaz istehsal olunur. Bu qədər qazın istehsalı gündəlik 350-400 min barel neftə bərabərlik edir”.