• cümə, 29 Mart, 00:56
  • Baku Bakı 7°C

İran Prezidentinin Yaponiyaya səfərinə hazırlıq işləri görülür

07.12.19 15:30 720
İran Prezidentinin Yaponiyaya səfərinə hazırlıq işləri görülür
İran Prezidenti Həsən Ruhaninin cari ayın sonlarında Yaponiyaya nəzərdə tutulan səfərinə hazırlıq işləri görülür.
AZƏRTACxəbər verir ki, bu barədə NHK telekanalına Vyanada müsahibə verən İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı bildirib. Hazırda səfərin tarixinin dəqiqləşdirildiyini qeyd edən A.Araqçı bildirib ki, bu səfər İran ilə Yaponiya arasında iqtisadi əməkdaşlığa mühüm təsir göstərə bilər.
Nazir müavini əlavə edib ki, ölkəsinin mühüm iqtisadi tərəfdaşı olan və neft məhsullarının əsas idxalçısı kimi tanınan Yaponiya bunun əvəzində İrana yüksək texnologiyalar ixrac edir.
A.Araqçı bildirib ki, İran Yaponiya ilə müsbət əlaqələri davam etdirmək və bu ölkəyə neft ixracını bərpa etmək niyyətindədir.
Qeyd edək ki, dekabrın 18-də İran Prezidenti H.Ruhaninin Malayziyaya üçgünlük səfəri planlaşdırılır. İran tərəfi Prezidentin bu səfərə qədər və ya bundan sonra Yaponiyanı ziyarət etməsini istəyir.
Xatırladaq ki, Prezident Məhəmməd Hatəminin 2000-ci ildəki səfərindən sonra İranın heç bir dövlət başçısı Yaponiya səfər etməyib.
Mütəxəssislərin bildirdiyinə görə, Tehran bu səfərlə Yaponiya ilə işgüzar əlaqələri gücləndirərək iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir. Lakin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar fonunda Prezident Ruhaninin buna nə dərəcədə nail olacağını demək çox çətindir.
banner

Oxşar Xəbərlər