• çərşənbə axşamı, 16 aprel, 19:47
  • Baku Bakı 18°C

İran prezidentindən inanılmaz addım - Şok - Video

22.05.14 08:51 1462
İran prezidentindən inanılmaz addım - Şok - Video
Prezident Həsən Ruhani həbs olunan Farrell Uilyamsın "Happy” mahnısına videoçarx hazırlamış həbs olunan bir qrup gənci müdafiə edib.
Gazeta.ru-nun məlumatına görə, İran prezidenti öz tvitter səhifəsində yazıb: "Xoşbəxt olmaq bizim xalqın da haqqıdır. Biz xoşbəxtliyə çağırış edənlərə qarşı çox sərt olmamalıyıq”.
Xatırladaq ki, "Happy we are from Tehran” ("Tehranda yaşamaq xoşdur”) videoçarxında Qərb üslubunda geyinən üç gənc oğlan və hicabsız üç qız Tehran küçələrində və damın üstündə rəqs edir.
Tehran hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Sacediniya mayın 20-də dövlət televiziyasına müsahibəsində amerikalı müğənni və repçi Farel Uilyamsın bu "Happy” ("Xoşbəxt”) mahnısı əsasında hazırlanmış rəqs klipinə çəkilən gəncləri tutduqlarını bildirib.
O deyib: "Tutulanlar aldandıqlarını, onlardan aktyorluq testi alınacağı barədə vədlər verildiyini etiraf ediblər”.
Hüseyn Sacediniya tutulan oğlan və qızların kimliyi haqda açıqlama verməyib.
Mayın 21-də bu videoçarxı 246 mindən çox istifadəçi izləyib (lent.az).
banner

Oxşar Xəbərlər