• cümə, 10 May, 03:54
  • Baku Bakı 15°C

İran şiələrə qarşı yezidlik edir - TƏHLİL

30.09.21 11:30 555
İran şiələrə qarşı yezidlik edir - TƏHLİL
Bütün tarixi sənədləri oxuyanda ərəb səlnaməçilərinin və fars tarixçilərinin Azərbaycanla bağlı mövqelərində bir qısqanclıq görmək olar. İran adlanan dövlətin Peyğəmbər (s) ailəsi olaraq bilinən Əhli Beytə heç bir əlaqəsi olmadan bundan siyasi məqsədlər kimi istifadə etməsi göz qabağındadır. İslam Azərbaycanda yayılandan sonra buranın sakinləri olan insanlar Peyğəmbər (s) Əhli-Beytinə məhəbbət bəsləyib. Elə bu səbəbdən Əməvilərin zamanında xilafət sistemi imperiya sistemi ilə əvəz olunduqdan sonra Azərbaycan müxtəlif qiyamların mərkəzi olmuşdu.
Bir çoxu bu qiyamları İslam əleyhinə olduqlarını yazsa da əsl həqiqət tam başqadır. Çünki, əsasən İslam tarixi xəlifələrin saray tarixçiləri tərəfindən yazılmış və onlar xəlifənin zülmünə qarşı bütün qiyamları İslam əleyhinə üsyan kimi qələmə vermişlər. Həmçinin xəlifə üsyankarların üstünə qoşun göndərəndə buna ideoloji əsas vermək üçün saray müftiləri üsyankarların kafir olduğu barədə fətvalar verirdi. Bu baxımdan saray alimlərinin düzgünlüyü şübhə altındadır. Belə qiyamlardan biri də Babəkin Xürrəmilər qiyamı olubdur ki, tarix qətiyyətlə onların İslama qarşı çıxdıqlarını deyə bilmir. Hətta bəzi tarixçilər xürrəmilərin Əhli-Beyt tərəfdarları olduqlarını və İmam Rza ilə görüşdüklərini yazıblar. Hədis alimləri Peyğəmbər (s) dilindən "Azərbaycan Yer kürəsinin Cənnətidir” sözünün olmasını da iddia edirlər.
İslam alimlərinin yazdığına görə, İmam Sadiq - "Azərbaycan bizə lazımdır” - sözünü demiş və bununla da Azərbaycanın İslam tarixində daim ön cəbhədə olmasını səbəb göstərmişdir. Siffeyn döyüşündə Azərbaycan valisi qoşunla Həzrət Əli ilə birgə Muaviyəyə qarşı vuruşmuşdur. Maraqlıdır ki, imamətin ən ağır illəri sayılan dövrdə İmam Əliyyən Nəqi və İmam Həsən Əskərinin Azərbaycan şəhərlərində nümayəndələri var idi. Ağır və şətin durumda Əhli-Beyt Azərbaycana üz tutardı. Kərbala savaşında bir fars olmadığı halda, orada 17 nəfər Azərbaycandan döyüşə getmişdir. Bibi Heybətin tarixi də, Bakıda yerləşməsi də Əhli Beytə Azərbaycanda necə sevgi olduğunu göstərir. İmam Rza və onun ailəsi Abbasi xəlifələrinin təqiblərinə məruz qalanda İmamın bir çox ailə üzvləri Azərbaycanın müxtəlif şəhərlərində sığınacaq tapmışdılar. Digər imamların övladları da Azərbaycana üz tutmuşdular. Hazırda Gəncə və Bərdədə yerləşən imamzadə ziyarətgahları həmin müqəddəs ailə üzvlərinin dəfn olunduğu yerlərdir.
5-ci İmam Baqirin sağlığında Əməvi sülaləsi tərəfindən incidilən İmam övladları Ərəbistanı tərk edərək müxtəlif ölkələrə pənah aparıb. Tarixi mənbələrə əsasən İmam Baqirin övladları İbrahim və İsmayıl əvvəlcə İrana, daha sonra Azərbaycana – Bərdəyə pənah gətiriblər. Bərdə hakimi İmam övladlarına qapısını açaraq onlara sığınacaq verib. Bərdəyə göndərilən xilafət qüvvələri imamzadə İsmayılı şəhid edib. Onun qardaşı İbrahim isə xilafət ordusundan qaça bilib. Hazırda Bərdədə yerləşən "İmamzadə” ziyarətgahı məhz həmin vaxt şəhid edilən şahzadə İsmayılın məzarıdır İmamzadə İbrahim isə Gəncə şəhəri yaxınlığında yerləşən indiki Əhmədbəyli kəndinə sığınır. Ancaq tezliklə onun da yerini müəyyən edən xilafət qüvvələri şahzadə İbrahimi yaşadığı yerdə amansızcasına qətlə yetirir. Hazırda Gəncədə yerləşən "İmamzadə” türbəsi şəhid edilmiş İmam övladının məzarıdır.
7-ci imam Musa əl-Kazımın qızı Həzrət Həkimə də Azərbaycana pənah gətirib, burada yaşayıb. Yeri gəlmişkən, bir başqa rəvayətə görə Bakı ətrafında Həzrət Həkimə ilə yanaşı İmam Musa əl-Kazımın digər qızları Leyla (Bilgəhdə) və Rəhimə (Nardaranda) də dəfn olunub. İmam Rzanın bacısı Həzrəti Həkimə 3 qardaşı övladı ilə İranın Ənzəli şəhərinə, oradan da gəmi ilə Bakıya gəlir. Həzrət Həkimə dünyasını dəyişdikdən sonra Şıx kəndində indiki Bibiheybət ərazisində dəfn olunur.
Qeyd olunan bu faktlar Əhli Beyt (ə) övladlarının 8-9-cu əsrlərdən etibarən Azərbaycanda yaşadığı, bu torpaqlarda hələ İslamın ilk illərindən Peyğəmbər (s) Əhli Beytinə sevgi və ehtiram olduğunu göstərir.
Buna görə də İranın Əhli Beyt ailəsi adından danışmaq haqqı yoxdur. İranda bir Məşhəd şəhəri varsa niyə Azərbaycanda bu qədər Əhli Beyt ziyarətgahı ola-ola bizə düşmən kəsilib. İrqada Şiələrə aid o qədər müqəddəs yer ola-ola susur, ona düşmən kəsilir. Suriyaya düşmən kəsilir. Azərbaycana düşmən kəsilir. Bu onu göstərir ki, İran üçün ŞİƏLİK LAZIM DEYİL, ORADA ŞİƏLİK YOXDUR! Sadəcə İran bunu siyasət olaraq əlində saxlayır və İmam AİLƏSİNƏ, Peyğəmbər AİLƏSİNƏ qarşı sevgi yox, düşmənçilik toxumu səpir!
TAM ƏMİNLİKLƏ DEYİRƏM! İRAN bu gün ŞİƏLƏRƏ qarşı YEZİDlik edir!!
Dosent Zaur Əliyev
banner

Oxşar Xəbərlər