• şənbə, 20 Aprel, 06:44
  • Baku Bakı 14°C

İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi - Nazir

25.01.21 19:30 422
İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi - Nazir
"Ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağlar ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil edir”.
Kaspi.az xəbər verir ki, bunu xarici işlər naziriCeyhun BayramovAzərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziriMəhəmməd Cavad Zərifilə görüşdə deyib.
Nazir İranın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd edib.
C.Bayramov iki ölkə arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib
banner

Oxşar Xəbərlər