• çərşənbə, 24 Aprel, 10:19
  • Baku Bakı 13°C

İran Ali Milli Təhlükəsizlik Şurası: “Hərtərəfli Birgə Fəaliyyət Planı yenidən müzakirə oluna bilməz”

14.10.17 12:50 1326
İran Ali Milli Təhlükəsizlik Şurası: “Hərtərəfli Birgə Fəaliyyət Planı yenidən müzakirə oluna bilməz”
İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın çıxışına və bu ölkənin İrana qarşı yeni strategiyasının elan edilməsinə dair bəyanat yayımlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda bildirilir ki, İranın xarici siyasəti 1979-cu ildə İslam İnqilabı qələbə qazandığı ilk gündən beynəlxalq hüquq normaları, qanunları və qaydaları əsasında tənzimlənib və icra olunub. Digər ölkələrlə münasibətdə onların daxili işinə müdaxilə etməmək siyasətini yürüdüb”.
Bəyanatda qeyd olunub ki, İran dəfələrlə nüvə enerjisindən sülh məqsədi ilə istifadə edəcəyini açıqlayıb: "Biz nüvə proqramına qarşı İran və 5+1 ölkələri arasındakı müzakirələri nəticələndirməklə və bu saxta böhranın həlli üçün öz xoş niyyətimizi nümayiş etdirdik. Amerika isə HBFP-yə qarşı götürdüyü öhdəlikləri ilk gündən pozub, əngəllər yaradıb və bəzi hallarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. HBFP beynəlxalq bir sənəddir və müasir diplomatiya sahəsində misilsiz bir müvəffəqiyyətdir. Bu nə yenidən müzakirə oluna bilər və yaxud dəyişdirilə bilər. HBFP ikitərəfli razılaşma deyil ki, bir nəfərin çıxması ilə etibardan düşsün”.
Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında həmçinin qeyd olunub ki, İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) regiondakı terrorçularla mübarizədə ön cəbhədəki rolu danılmazdır: "Sepah İran İslam Respublikasının Silahlı Qüvvələrinin bir hissəsi kimi təkfirçi terroristlər qarşısında möhkəm bir dayaq olub və regionda sabitliyin tədricən yaranmasınınəsas səbəbkarıdır. Amerika hökumətinin və yaxud Konqresinin Sepaha qarşı hər hansı strateji səhviİran xalqının nifrət və qəzəbinə səbəb olacaq”.
banner

Oxşar Xəbərlər