• şənbə, 20 Aprel, 09:33
  • Baku Bakı 14°C

İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır

31.01.17 20:02 701
İran ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırır
"İranABŞ vətəndaşlarına vizaların verilməsi prosesini dayandıracaq”.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif fransalıhəmkarı Jan-MarkEyro ilə keçirdiyi birgə mətbuat konfransındadeyib.

Bununlabelə, İran XİN rəhbəri istisnaların olacağını da bildirib:"Əgər istisnalar olsa, onlar XİN tərəfindən araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək”.

Tehranınmüvafiq qərarı ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana cavab kimi dəyərləndirilir. Həmin fərmana əsasən, İran,İraq,Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ABŞ-a girişi 90 gün müddətinə dayandırılıb.
banner

Oxşar Xəbərlər