İRAM rəhbəri: “Biz yeni regional sülh sistemini formalaşdırmalıyıq”
"Azərbaycanı İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan torpaqlarının böyük bir hissəsini azad etsə də ancaq hələ də bəzi ərazilər azad olunmayıb”.
"Report”un xəbərinə görə, bunu İRAM Araşdırmaları Mərkəzinin direktoruHaqqı Uyğurdeyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və İranın tarixi, dini və digər məsələlərlə bağlı oxşarlıqları var: "Bəzi qərb ölkələri PKK-ya dəstək göstərirlər və İrana qarşı qatı sanksiyalar tətbiq edirlər, Qarabağ məsələsinə də göz yummuşdular. Bizim təkbaşına hərəkət etməyimiz qeyri-mümkündür. Biz yeni regional sülh sistemini formalaşdırmalıyıq”.